Məzmuna keç

İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyə ordusu İraqın şimalında 5 PKK terrorçusunu zərərsizləşdirib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Hakurk bölgəsində aşkarlanan terrorçular hava əməliyyatı ilə zərərsizləşdirilib.

Şəbnəm Mehdizadə