Məzmuna keç

Türkiyədə ağır qəza, 9 nəfər yaralanıb

Türkiyənin Kırklareli şəhərində sərnişin mikroavtobusu ilə minik avtomobili toqquşub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Poyralı kəndi yaxınlığında baş verən qəza zamanı 9 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım, jandarma, xilasetmə və AFAD əməkdaşları cəlb edilib.

Yaralılar təcili yardımla Pınarhisar Dövlət Xəstəxanasına aparılıb.

Bir müddət sonra bölgədə nəqliyyatın hərəkəti bərpa olunub.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə