İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində 2 PKK terrorçusu zərərsizləşdirilib.
E-huquq.az-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Terror təşkilatı PKK-ya qarşı əməliyyatlarımız qətiyyətlə davam edir. İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində aşkarlanan 2 PKK terrorçusu zərərsizləşdirilib. Terror və terrorçularla mübarizəmiz qətiyyətlə davam edəcək", – deyə nazirliyin məlumatında qeyd olunub.
Şəbnəm Mehdizadə
