Qazaxıstanın cənubundakı Cambil vilayətində hava şəraiti ilə bağlı fövqəladə vəziyyət elan edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Əyalət Qubernatorluğu məlumat yayıb.
Məlumata görə, əyalətin 4 rayonunda elektrik enerjisi kəsilib.
Bundan başqa, hər birində 500-dən 700-ə qədər sərnişin olan 11 sərnişin qatarı və 12 yük qatarı yolda qalıb.
Bütün şəhərlərarası avtomobil yolları nəqliyyatın hərəkətinə bağlanıb.
Son 2 gündə yağan güvlü qara görə köməksiz vəziyyətdə qalan 5 mindən çox insan xilas edilib.
Cambil vilayətinin polis rəisi Armanbek Baymurzin bildirib ki, mindən çox avtomobil magistral yollarda qalıb və sərnişinləri xilas etmək üçün 750-dən çox polis əməkdaşı cəlb edilib.
Yolda qalan sürücülərin təxliyyəsinə kömək etmək üçün bölgəyə Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən əməkdaşlar da cəlb olunub.
Şəbnəm Mehdizadə
