Məzmuna keç

Qanunsuz yolla Yunanıstana getməyə çalışan 29 nəfər saxlanılıb

Türkiyədən Yunanıstana gedən yük maşınının qoşqusunda qanunsuz miqrantlar aşkar edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, miqrantları daşıyan yük maşını İpsala sərhəd bölgəsində yoxlanış zamanı saxlanılıb.

Yük maşınına baxış zamanı 29 Suriya vətəndaşı tutulub.

Hadisə ilə bağlı yük maşınının sürücüsü saxlanılıb.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə