Məzmuna keç

İsrail ordusunun daha iki əsgəri Qəzzada döyüşlər zamanı həlak oldu

Son 24 saat ərzində Qəzza zolağında baş verən döyüşlərdə iki İsrail Müdafiə Qüvvələri (ÇAXAL) hərbi qulluqçusu həlak olub.

E-huquq.az-ın məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti xəbər verib.

Məlumata əsasən, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan bəri HƏMAS-a qarşı döyüşlərdə həlak olan İsrail əsgərlərinin sayı 121-ə çatıb.

Bildirilib ki, İsrail-Fələstin münaqişəsinin gərginləşməsindən bəri İsrail hərbçilərinin ölənlərinin ümumi sayı artıq 450-ni keçib.