Məzmuna keç

Türkiyədə ağır qəzada 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Türkiyənin Nevşehir şəhərində iki avtomobilin toqquşduğu ağır qəzada 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Nevşehir-Gülşəhər yolunda baş verib.

Qəza yerinə jandarma, təcili tibbi yardım və xilasetmə qrupları cəlb edilib. Xilasedicilər avtomobildə sıxışmış vəziyyətdə qalanları xilas edib.

Yaralılar Nevşehir Dövlət Xəstəxanasına aparılıb. Onların səhhətinin yaxşı olduğu bildirilir.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə