Məzmuna keç

Nigeriyada “Lassa” qızdırmasından ölənlərin sayı 200-ə çatıb

Nigeriyada "Lassa" qızdırmasından bu il ölənlərin sayı 200 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) məlumat yayıb.

Ölkədə 1 yanvar – 3 dekabr tarixləri arasında "Lassa" epidemiyasının 28 əyalətin 114 bölgəsində, eləcə də paytaxt Abucada yayılmağa davam etdiyi bildirilib. Açıqlamaya görə, bu müddət ərzində 1170 yoluxma halı aşkar edilib, epidemiya səbəbindən həyatını itirənlərin sayı isə 200-ə yüksəlib.

Qeyd edək ki, Nigeriya hökuməti fevralın əvvəlində "Lassa" qızdırmasına görə "fövqəladə vəziyyət" elan edib. 2022-ci il yanvarın 1-dən noyabrın 20-dək ölkədə 989 nəfərə yoluxma aşkarlanıb, 178 nəfər ölüb.

Şəbnəm Mehdizadə