Məzmuna keç

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub, ölən və yaralılar var

Türkiyənin Şimal Mərmərə şossesində sərnişin avtobusu ilə yük maşını toqquşub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, magistralın Ədirnə istiqamətində baş verən yol qəzasında 1 nəfər həyatını itirib, 31 nəfər yaralanıb.

Qəza yerinə çox sayda təcili tibbi yardım, xilasetmə və jandarma qrupları cəlb edilib.

Avtobusda sıxışmış vəziyyətdə qalan sürücü xilasedicilər tərəfindən çıxarılıb.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Şəbnəm Mehdizadə