Məzmuna keç

ABŞ-də 3,2 milyon insan daşqın riskinə görə evlərini tərk edib

ABŞ-də 3,2 milyondan çox insan iqlim dəyişikliyi səbəbindən daşqın riski yüksək olan bölgələrdən köçüb.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat "Nature Communications" jurnalında dərc olunan araşdırmada yer alır.

Tədqiqatda son 20 ildə 3,2 milyondan çox xalis əhali itkisinin birbaşa daşqınlarla əlaqəli olduğu müəyyən edilib.

Araşdırmanın müəlliflərindən biri olan Dr. Ceremi Porter daşqın riskinin həmin ərazilərdə əmlak qiymətləri, məskunlaşma tərkibi və kommersiya dayanıqlığına mənfi təsir etdiyini söyləyib.

Qeyd olunur ki, ABŞ-də 113 milyon insanın daşqın riski ilə üz-üzədir. Yaxın 30 ildə 2,5 milyondan çox insanın məcburi köçkün olacağı təxmin edilir.

Şəbnəm Mehdizadə