Məzmuna keç

Türkiyədə məktəblilər arasında kütləvi zəhərlənmə olub

Türkiyənin Kırşehir şəhərində 16 şagird qidadan zəhərlənib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin mərkəzində yerləşən orta məktəbdə keçirilən tədbirdə 16 şagird yedikləri yeməkdən sonra başgicəllənmə, halsızlıq və ürəkbulanma şikayətləri ilə məktəb rəhbərliyinə müraciət edib.

Şagirdlər qida zəhərlənməsi şübhəsi ilə Kırşehir Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Onlar müayinə və müalicə olunduqdan sonra evə buraxılıblar.

Şəbnəm Mehdizadə