Türkiyənin Adana şəhərində keçmiş xəstəxana binasında yanğın baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, yanğın keçmiş Adana Dövlət Xəstəxanasının istifadə olunmayan anbar hissəsində başlayıb.
Xəstəxana binasından tüstü çıxdığını görənlər polisə və yanğınsöndürənlərə xəbər veriblər.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb olunub. Qısa müddətdə bütün binanı bürüyən yanğına hazırda müdaxilə edilir.
Binada olan 2 işçi qısa müddətdə xilas edilib.
Şəbnəm Mehdizadə
