Türkiyədə FETÖ terror təşkilatına qarşı əməliyyat çərçivəsində 14 nəfər tutulub.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Respublika Baş Prokurorluğu təşkilatın strukturunda yer aldığı iddia edilən 17 şübhəli barəsində istintaqa başlayıb.
İstintaq çərçivəsində Konya, Mersin, Karaman və Kocaelidə eyni vaxtda keçirilən əməliyyat zamanı 14 şübhəli saxlanılıb.
Digər şübhəlilərin axtarışları davam edir.
Şəbnəm Mehdizadə
