Məzmuna keç

Türkiyədə 117 qanunsuz miqrant saxlanılıb

Türkiyənin Ağrı şəhərində 117 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Jandarma Komandanlığının əməkdaşları tərəfindən Ağrının Doğubayazıt rayonunda keçirilən əməliyyat zamanı 109-u Əfqanıstan, 8-i Pakistan vətəndaşı olmaqla 117 qanunsuz miqrant saxlanılıb.

Əməliyyat çərçivəsində insan alveri ilə məşğul olan 3 nəfər tutulub.

Həmin şəxslərə 1 milyon 714 min lirə cərimə yazılıb.

Şəbnəm Mehdizadə