Məzmuna keç

Nigeriyada silahlı şəxslər 23 nəfəri qaçırıb

Nigeriyanın Taraba əyalətində 23 nəfər silahlı şəxslər tərəfindən qaçırılıb.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, silahlı dəstə Taraba əyalətinin Yorro bölgəsinə basqın edib.

Basqın zamanı dəstə üzvləri tərəfindən əyalət başçısı da daxil olmaqla 23 nəfər qaçırılıb.

Qeyd edək ki, Nigeriyada adam oğurluğu cinayəti ölümlə cəzalandırılsa da, fidyə qarşılığında adam oğurluğu hallarına rast gəlinir. Silahlı insanlar adətən ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və onlardan fidyə tələb edirlər.

Şəbnəm Mehdizadə