Məzmuna keç

Türkiyədə icra məmurları kunq-fu idman növü üzrə kurslara cəlb olunub

Türkiyədə icra məmurları kunq-fu idman növü üzrə kurslara cəlb olunub.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, məqsəd riskli peşə qrupuna daxil olan icra məmurlarının özlərini müdafiə etmək bacarıqlarına yiyələnməsidir.

İlkin mərhələdə aralarında qadınların da olduğu 20 icra məmuru məşq zamanı döyüş sənətinin əsas texnikalarını öyrənirlər.

Məşqçi Şeyhmus Çakmak "Vəzifələrini yerinə yetirərkən tez-tez zorakılığa məruz qalan icra məmurlarına sadə bir şəkildə özlərini müdafiə etmək üçün təlimlər keçirik" deyə bildirib.

İcra məmurları da bildiriblər ki, onların məqsədi qarşılaşa biləcəkləri zorakılıq hadisələrindən qorunmaqdır.

Şəbnəm Mehdizadə