Cənubi Afrika Respublikasının Keyptaun şəhərində dağlıq ərazidə baş verən yanğından sonra bölgədəki bəzi yaşayış məntəqələri boşaldılıb.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, dekabrın 19-da Simon's Town bölgəsində baş verən yanğın ətraf ərazilərə yayılıb. Buna görə də Simonskloof və Harbor Heights bölgələrinin sakinləri təxliyə edilib.
Yanğının söndürülməsinə təxminən 300 yanğınsöndürən cəlb olunub. Yanğında 5 yanğınsöndürən xəsarət alıb. Yaralılardan ikisi xəstəxanaya çatdırılıb.
Keyptaun Fövqəladə Hallar Xidmətinin sözçüsü Cermeyn Karels mətbuata verdiyi açıqlamada, bir inzibati binanın yanğında zərər gördüyünü söyləyib.
Ərazidə yanğına nəzarət və söndürmə işləri davam edir.
Şəbnəm Mehdizadə
