Türkiyə Silahlı Qüvvələri cari ildə zərərsizləşdirdiyi terrorçuların sayı 2 120-ə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk məlumat verib.
Onun sözlərinə görə, təkcə son bir həftədə PKK/KCK/PYD-YPG, İŞİD və FETÖ başda olmaqla, bütün terror təşkilatlarına qarşı ölkədaxili və sərhədyanı əməliyyatlarda İraq və Suriyanın şimalı da daxil olmaqla 45 terrorçunun zərərsizləşdirilib.
Zeki Aktürk bildirib ki, dekabrın 20-də İraqın şimalınd terror hədəflərinə qarşı həyata keçirilən hava əməliyyatlarında 14 hədəf uğurla məhv edilib.
Suriyadakı əməliyyat bölgələrində təhlükəsizlik və sülh mühitinin qorunması üçün bütün lazımi tədbirlərin görüldüyünü, terrorçuların hücumlarına cavab verildiyini bildirən Aktürk, “İl ərzində edilən 488 hücuma lazımi cavab verilib. 21-i son bir həftədə olmaqla 1 475 terrorçu zərərsizləşdirilib", – deyə qeyd edib.
Şəbnəm Mehdizadə
