Bu gün Türkiyənin Antalya şəhərində gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar uçuşlar tərixə salınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türk Hava Yolları (THY) məlumat yayıb.
Aviaşirkət Meteoroloji Fövqəladə Hallar Komitəsinin (MADKOM) aldığı qərara uyğun olaraq, əlverişsiz hava şəraiti səbəbindən Antalya Hava Limanından 11 aviareysin təxirə salındığını açıqlanıb.
Meteoroloji şəraitdən asılı olaraq gün ərzində reyslərin ləğvində dəyişikliklər ola biləcəyi barədə xəbərdarlıq edilib.
Şəbnəm Mehdizadə
