Məzmuna keç

Türkiyədə 145 şagird qidadan zəhərlənib

Türkiyənin Şanlıurfa şəhərində şagirdlər arasında kütləvi zəhərlənmə olub.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Şanlıurfanın Siverek rayonunda məktəbdə yemək yeyən şagirdlərdən bəziləri bir müddət sonra ürək bulanması və başgicəllənmə şikayətləri ilə məktəb rəhbərliyinə müraciət ediblər.

145 şagird təcili yardım və valideynləri tərəfindən Siverek və Diyarbəkirdəki xəstəxanalara aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır. Qidalardan götürülən nümunələr laboratoriyaya göndərilib.

Şəbnəm Mehdizadə