Türkiyənin Qars şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində 3 nəfər xəsarət alıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 mərtəbəli binada baş verən partlayışda 14 mənzilə ciddi ziyan dəyib.
Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.
İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.
Şəbnəm Mehdizadə
