Məzmuna keç

Maşın dərəyə aşdı, 5 nəfər yaralandı

Türkiyənin Kırıkkale şəhərində 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Kırıkkale-Çorum avtomobil yolunda hərəkətdə olan avtomobil yolun kənarındakı baryerə çırpılaraq dərəyə aşıb.

Hadisə nəticəsində 5 nəfər yaralanıb. Xəsarət alan şəxslər xəstəxanaya aparılıb.

Qəza yerinə polis, jandarma və təcili tibbi yardım əməkdaşları cəlb edilib.

İlkin ehtimala görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə