Məzmuna keç

Türkiyədə ekskavator uçuruma yuvarlanıb, 4 nəfər ölüb

Türkiyənin Ağrı şəhərində yağan güclü qar faciəyə səbəb olub.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ağrının Taşlıçay rayonunda yağan qar nəticəsində bir qrup vətəndaşın mal-qarası itkin düşüb.

Bölgəyə AFAD əməkdaşları cəlb edilsə də qar onların fəaliyyətinə imkan verməyib.

Bağlanan yolun açılması üçün ekskavatordan istifadə edilib. Lakin yolu təmizləyən ekskavator uçuruma yuvarlanıb və nəticədə 4 nəfər həyatını itirib.

Bölgəyə jandarma və axtarış-xilasetmə qrupları cəlb edilib.

Ekskavatorun sürücüsü hadisə yerindən 500 metr aralı məsafədə tapılıb. Xəstəxanaya aparılan sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Xilasetmə qrupları digər 3 nəfərin cəsədini də növbəti gün aidiyyəti üzrə təhvil verib.

Şəbnəm Mehdizadə