Məzmuna keç

Qəzzada ölənlərin sayı 20 min 674-ə çatdı

Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 20 min 674 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi öz teleqram kanalında məlumat yayıb.

Məlumata görə, daha 54 min 536 nəfər xəsarət alıb.