Türkiyədə terror təşkilatına qarşı keçirilən “Qəhrəmanlar-36” əməliyyatı zamanı 208 nəfər saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.
Məlumata görə, Adana, Ankara, Antalya, Balıkəsir, Batman, Biləcik, Bingöl, Bitlis, Bursa, Çanaqqala, Dənizli, Diyarbakır, Ərzurum, Əskişəhər, Qaziantep, Hakkari, İstanbul, İzmir, Qars, Kocaeli, Konya, Manisa, Mardin, Mersin, Muğla, Van, Şırnak, Tekirdağ, Tunceli Osmaniye, Siirt, Şanlıurfa olmaqla ümumilikdə 32 vilayətdə eyni vaxtda əməliyyat keçirilib.
Saxlanılan şəxslərin terror təşkilatının gənclər strukturunda olub, sosial media hesabları vasitəsilə təbliğat apardığı və təşkilata maliyyə yardımı etdiyi müəyyən edilib.
"İlin 365 günü, 4 mövsüm, 12 ay, gecə-gündüz əməliyyatlar həyata keçiririk. Son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizəmiz qətiyyətlə davam edəcək" -deyə nazir əlavə edib.
Şəbnəm Mehdizadə
