Türkiyənin Ankara şəhərində PKK/KCK terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Ankara Respublika Baş Prokurorluğu məlumat yayıb.
Bildirilirib ki, Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində 20 nəfərin təşkilat tərəfindən verilən təlimata uyğun olaraq Ankarada keçirilən tədbirlərdə iştirak etdikləri və təbliğat apardıqları müəyyən edilib.
Polisin mərkəzi Ankara olmaqla Ağrı, Ərzurum və Diyarbəkir vilayətlərində eyni vaxtda keçirdiyi əməliyyat zamanı 16 nəfər saxlanılıb.
Ünvanlarda aparılan axtarışlar zamanı 1 ədəd tapança, 2 ədəd tüfəng və təşkilata aid sənədlər ələ keçirilib.
Digər şübhəlilərin axtarışı davam edir.
Şəbnəm Mehdizadə
