Türkiyənin Siirt şəhərində PKK/KCK terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Siirt Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində sosial şəbəkələr vasitəsilə terror təşkilatının təbliğatını aparan 5 nəfər barəsində həbs qərarı çıxarılıb.
Şəhərin müxtəlif ünvanlarında təşkil edilən əməliyyatlar zamanı 3 şübhəli saxlanılıb.
Digər 2 şübhəlinin axtarışı davam edir.
Şəbnəm Mehdizadə
