Məzmuna keç

Konqoda torpaq sürüşməsi nəticəsində 20 nəfər ölüb

Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Cənubi Kivu əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 20 nəfər həyatını itirib.

E-huquq.az yerli mətbuatda istinadən xəbər verir ki, Kalinqi kəndində son 3 gündə yağan güclü yağış sel və torpaq sürüşməsinə səbəb olub.

Daşqınlar nəticəsində 170-ə yaxın ev dağılıb, 20 nəfər həyatını itirib.

Qeyd edək ki, 2023-cü ilin may ayında eyni bölgədə baş verən seldə 425 nəfər həyatını itirib.

Tropik iqlim zonasında yerləşən ölkə yağışlı mövsümdə tez-tez təbii fəlakətlərlə üzləşir.

Şəbnəm Mehdizadə