"Bildiyiniz kimi, 22 və 23 dekabr tarixlərində "Pəncə-Kilid" əməliyyatı bölgəsində təəssüf ki, 12 qəhrəman oğlumuz şəhid oldu. Ağrımız böyükdür. Amma biz bu dəyərli övladların qisasını aldıq və almağa da davam edirik. Buna heç kim şübhə etməməlidir".
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
Onun sözlərinə görə, terrorçuların sözügedən hücumlarına cavab olaraq İraqın Şimalı və Suriyada ümumilikdə 71 hədəfə qarşı hava əməliyyatları həyata keçirilib.
"Əməliyyatlar nəticəsində ümumilikdə 59 terrorçu zərərsizləşdirilib. Amma bunların heç biri bir şəhidimizin dırnağına belə dəyməz. Həmişə dediyimiz kimi, terrorla mübarizəmiz sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcək", – deyə nazir qeyd edib.
Şəbnəm Mehdizadə
