Məzmuna keç

Nigeriyada neft kəmərinin partlaması nəticəsində 20 nəfər ölüb

Nigeriyanın Rivers əyalətində neft boru kəmərində baş verən partlayışda 20 nəfər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Rivers əyalətinin Omoku bölgəsində neft şirkətinin borusun oğurluq etmək istəyən gənclərin deşdiyi bildirilir.

Bu vaxt baş verən partlayışda 20 nəfərin həyatını itirdiyi, çoxlu sayda insan yaralanıb.

Hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib.

Partlayışla bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə