İndoneziyada nikel zavodunda baş verən partlayışda 8 Çin vətəndaşı həlak olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq məlumat verib.
O, bədbəxt hadisə nəticəsində həyatını itirən 18 işçidən 8-nin Çin vətəndaşı olduğunu açıqlayıb. Həmçinin yaralananlar arasında çinlilərin də olduğunu təsdiqləyib.
Qeyd edək ki, dekabrın 24-də "Shanghai Decent" şirkətinin Sulavesi adasındakı nikel zavodunda ərimə sobasının partlaması nəticəsində 18 işçi ölüb, 44-ü yaralanıb. Hazırda faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
