İsrail ordusu Qəzza zolağında "Əl-Rantisi" xəstəxanası ərazisində "HƏMAS"a məxsus üç tunel şaxtasının aşkar edilərək məhv edib.
E-huquq.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) mətbuat xidməti bildirib.
Məlumata əsasən, on metrlərlə dərinlikdə olan tunel şaxtaları xəstəxananın altından keçən və Qəzza şəhərinin mərkəzinə aparan yeraltı tunel şəbəkəsi ilə birləşdirilib.
"Tunellər həmçinin Qəzza zolağının şimalında hərbi əməliyyatlar və terror hücumları üçün komanda qərargahı kimi xidmət göstərirdi", – deyə qeyd olunub.
