Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Cənubi-Kivu əyalətində dünən baş verən sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 20-dən 40-a yüksəlib.
E-huquq.az yerli mətbuatına istinadən xəbər verir ki, Cənubi Kivu vilayətinin Bukavu şəhərinin Kalingi kəndində son 4 gündür davam edən leysan yağışların ciddi fəsadlara səbəb olub.
Axtarış-xilasetmə işlərinin davam etdiyi bölgədə ölənlərin sayının artacağı istisna edilmir.
Qeyd edək ki, bu ilin may ayında güclü yağışlar nəticəsində eyni bölgədə baş verən seldə 425 nəfər həyatını itirib.
Tropik iqlim zonasında yerləşən ölkədə yağışlı mövsümdə tez-tez təbii fəlakətlər baş verir.
Şəbnəm Mehdizadə
