Məzmuna keç

Türkiyə MN: “Bu il Suriyada 1500-dən çox terrorçu zərərsizləşdirilib”

Suriyada əməliyyat bölgələrində yaradılan təhlükəsizlik və sülh mühitini pozmağa yönəlmiş hücum cəhdləri davam edir.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, il ərzində bölgədə hərbçilərə qarşı 496 hücuma lazımi cavab verilib, 27-si son bir həftədə olmaqla 1502 terrorçu zərərsizləşdirilib.

Açıqlamada bölgədə təhlükəsizlik və sabitliyin qorunub saxlanılması üçün bütün lazımi tədbirlərin görüldüyü, suriyalıların təhlükəsiz mühitə qayıtması üçün səylərin davam etdiyi vurğulanıb.

Şəbnəm Mehdizadə