ABŞ-ın İndiana ştatında qəzaya düşən sürücü 6 gün sonra sağ tapılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, dekabrın 20-də baş vermiş qəza nəticəsində yük maşını ştatın Portaj rayonu yaxınlığında körpünün altına aşıb.
İndiana ştatında iki balıqçı qəzadan 6 gün sonra yük maşını ilə körpünün altında sıxılmış vəziyyətdə tapdılar.
Xəstəxanaya yerləşdirilən və bir ayağı amputasiya edilən sürücünün müalicəsinin davam etdiyi bildirilib.
O, 6 gün su içərək sağ qaldığını və səsini eşitdirməyə çalışdığını, lakin buna nail ola bilmədiyini deyib.
Polis qəza ilə bağlı onlara heç bir məlumat daxil olmadığını açıqlayıb.

Şəbnəm Mehdizadə
