Məzmuna keç

Türkiyədə zəncirvari qəzada 15 nəfər xəsarət alıb

Türkiyənin Kahramanmaraş şəhərində dumanlı hava şəraiti zəncirvari qəzalara səbəb olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Göksun rayonunda 22 avtomobilin iştirakı ilə baş verən 2 zəncirvari yol qəzasında 15 nəfər xəsarət alıb.

Qəzada yaralanan şəxslər Göksun Dövlət Xəstəxanasına aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qəza səbəbindən Elbistan-Göksun avtomobil yolu bir müddət nəqliyyatın hərəkətinə bağlanıb.

Şəbnəm Mehdizadə