Məzmuna keç

Türkiyədə topraq sürüşməsi olub, xəsarət alanlar var –

Türkiyənin Hakkari bölgəsində torpaq sürüşməsi nəticəsində 3 nəfər xəsarət alıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hakkari-Yüksekova avtomobil yolunda yeni körpünün yaxınlığında torpaq sürüşməsi baş verib. Sürüşmə zamanı yuvarlanan qaya parçaları yolun böyük bir hissəsini tamamilə bağlayıb.

Sürüşmə zamanı yoldan keçən yük maşını dağıntılar altında qalıb.

Hadisə nəticəsində yük maşınında olan 3 nəfər yaralanıb.

Yaralılar təcili tibbi yardım qrupları tərəfindən avtomobildən çıxarılaraq Yüksekova Dövlət Xəstəxanasına aparılıb.

Yol nəqliyyatın hərəkəti üçün bağlanıb.

Şəbnəm Mehdizadə