Məzmuna keç

Türkiyədə mikroavtobus aşıb, 16 nəfər yaralanıb

Türkiyənin Manisa şəhərində mikroavtobus aşıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Manisanın Soma rayonunda baş verib.

Qəza yerinə dərhal təcili tibbi yardım, jandarma və xilasetmə qrupları cəlb edilib.

Hadisə nəticəsində yaralanan 16 nəfər təcili yardım maşınları ilə Soma və Savaştəpə xəstəxanalarına aparılıb.

Onların vəziyətinin yaxşı olduğu bildirilib.

Şəbnəm Mehdizadə