Türkiyənin Diyarbəkir şəhərində sərnişin mikroavtobusu qəzaya uğrayıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Diyarbəkirin Lice adlı ərazisində sürücünün idarəetməsindən çıxan mikroavtobus yamaca çırpılıb.
Hadisə yerinə təcili tibbi yardım və jandarma cəlb edilib.
Qəza nəticəsində sürücü də daxil olmaqla 27 nəfər xəsarət alıb.
Yaralılar təcili yardım maşınları ilə Diyarbəkirdəki xəstəxanalara göndərilib.
Araşdırma aparılır.

Şəbnəm Mehdizadə
