Məzmuna keç

Türkiyə ordusu 10 PKK/YPG terrorçusunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri 10 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İraqın şimalındakı Qəndil bölgəsində 2, Suriyanın şimalında "Fərat Qalxanı" əməliyyatı bölgəsində isə 8 olmaqla ümumilikdə 10 terrorçu zərərsizləşdirilib.

"Terrorçular üçün heç bir yer təhlükəsiz deyil! Silahlı Qüvvələrimiz tərəfindən daha 10 terrorçu zərərsizləşdirilib " – deyə məlumatda bildirilib.

Şəbnəm Mehdizadə