Məzmuna keç

Almaniyada yük maşını piyadaların üstünə çıxdı, ölən və yaralılar var

Almaniyanın Bavariya əyalətində yük maşını idarəetmədən çıxaraq yol kənarındakı piyadaları vurub

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Passau şəhərinin mərkəzində baş verən qəzada 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb.

Qəzanın baş verdiyi ərazi və Şanzl körpüsü nəqliyyatın hərəkəti üçün bağlanıb.

Şəbnəm Mehdizadə