Türkiyənin Balıkesir şəhərində qanunsuz miqrantlar xilas edilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Balıkesirin Ayvalık mahalı sahillərində qanunsuz yollarla Midilli adasına getmək istəyən və Yunanıstan tərəfindən Türkiyə ərazisinə geri qaytarılan miqrantlar Sahil Mühafizə Komandanlığının əməkdaşları tərəfindən xilas edilib.
Komandanlığın əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat zamanı isə rezin qayıqda olan 20 qanunsuz miqrant xilas edilərək sahilə çıxarılıb.
Miqrantlara qida, içki, dərman və tibbi ləvazimat kimi humanitar yardımlar verilib.
Daha sonra onlar Balıkesir Miqrasiya İdarəsinə göndərilib.
Şəbnəm Mehdizadə
