Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT)Suriyada PKK/KCK-nın daha bir məsul şəxsini zərərsizləşdirib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, "Viyan" kod adlı terrorçu Remziye Altığın təşkilatın yüksək rütbəli şəxslərindən aldığı təlimatlar əsasında Suriyada fəaliyyət göstərdiyini müəyyən edib.
Terrorçunun 2016-cı ildən əvvəl Mersində PKK/KCK-nın təşkil etdiyi nümayişlərdə və təşkilatın əməliyyat planlaşdırılmasında iştirak etdiyi məlum olub.
O, Suriyanın Qamışlı bölgəsində həyata keçirilən əməliyyatı nəticəsində zərərsizləşdirilib.
Şəbnəm Mehdizadə
