Məzmuna keç

Cənubi Afrikada daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb

Cənubi Afrikada həftənin əvvəlindən yağan leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 21 nəfərə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, itkin düşmüş şəxslərin axtarışı üçün 60 nəfərlik qrup və 12 axtarış-xilasetmə iti ayrılıb.

Sel nəticəsində Bellspruit çayında baş verən daşqın yaşayış məntəqələrində böyük dağıntılara səbəb olub.

Humanitar yardım təşkilatları ehtiyacı olan ailələrə dəstək üçün bölgəyə qruplar göndərib.

Şəbnəm Mehdizadə