Məzmuna keç

Məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanlarına proqnozlaşdırılandan 53 milyon manat az xərclənib

Azərbaycanın 2018-ci ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının xərcləri 316 milyon 354,9 min manat olub

Azərbaycanın 2018-ci ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının xərcləri 316 milyon 354,9 min manat olub.

E-huquq.az ONA-ya istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində əksini tapıb.

Beləliklə, keçən il dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının xərcləri üçün proqnozlaşdırılan məbləğ 1 milyard 369 milyon 961,2 min manat olsa da, bu sahədə xərclər 53 milyon 606,3 min manat, yəni 3,9 faiz az olub.

Keçən il məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının xərcləri 2017-ci illə müqayisədə isə 138 milyon 786,1 min manat, yəni 11,8 faiz çox olub. 2017-ci ildə bu sahə üçün 1 milyard 177 milyon 568,8 min manat xərclənib.