Məzmuna keç

Tokioda yanan təyyarədə ekipaj üzvləri öldü –

Tokionun Haneda hava limanına eniş edən “Japan Airlines”ə məxsus sərnişin təyyarəsi Sahil Mühafizəsinə məxsus DHC-8 hərbi-nəqliyyat təyyarəsi ilə toqquşub. Nəticədə nəqliyyat təyyarəsinin dörd heyət üzvü həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə yerli NHK telekanalı xəbər yayıb.

Bildirilir ki, “JAL-516”da ümumilikdə 367 sərnişin olub. Onların hamısı təxliyə ediliblər.

***

Tokionun “Haneda” beynəlxalq hava limanında “Yaponiya Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarə yanıb.

E-huquq.az xəbər verir ki, ölkənin Hokkaydo adasından Tokioya gələn “Airbus A350” tipli təyyarə yerli vaxtla saat 16:00 radələrində uçuş zolağına endikdən sonra Yaponiyanın sahil mühafizə bölmələrinə məxsus təyyarə ilə toqquşub.

Dərhal hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub. Təyyarədə olan 379 sərnişin və heyət üzvləri təxliyə edilib.

Hazırda yağınsöndürənlər alovu nəzarət altına almağa çalışır.