Məzmuna keç

Türkiyə MN: “İraqın şimalında terrorçuların 15 hədəfi məhv edilib”

İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində həyata keçirilən hava əməliyyatlarında terrorçuların 15 hədəfi məhv edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən gün yerli vaxtla 17:30-da adıçəkilən bölgələrdə terrorçuların hədəflərinə qarşı hava əməliyyatı keçirilib.

Əməliyyatlarda PKK/KCK terror təşkilatının istifadə etdiyi mağaralar, bunkerlər, sığınacaqlar və anbarlardan ibarət 15 hədəf məhv edilib. Çox sayda terrorçu zərərsizləşdirilib.

Bəyanatda vurğulanıb ki, əməliyyatlar zamanı günahsız dinc sakinlərə, tarixi və mədəni abidələrə zərər dəyməməsi üçün bütün lazıməı tədbirlər görülüb.

Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri terrorla mübarizəyə bundan sonra da qətiyyətlə davam edəcək.

Şəbnəm Mehdizadə