Türkiyənin Zonquldak vilayətində zəncirvari yol qəzasında 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində avtomobillərdən biri ikiyə bölünüb.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılar Devrek Dövlət Xəstəxanasına çatdırılıb. Onların həyatı üçün təhlükə olmadığı bildirilib.
Qəzanın baş verdiyi ərazidə nəqliyyatın hərəkətində ləngimələr yaranıb.
Şəbnəm Mehdizadə
