Türkiyənin Zonguldaq şəhərində yaşayış binalarının birində qonşular arasında kütləvi dava olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Ereğli adlı ərazidə yerləşən yaşayış binasında baş verib.
Bina sakinləri arasında kommunal xərclərin yüksək olması səbəbilə mübahisə düşüb. Qısa müddət sonra mübahisə davaya çevrilib.
Dava zamanı 5 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım qrupları göndərilib.
Yaralılar təcili yardım maşınları ilə müxtəlif xəstəxanalara aparılıb.
Araşdırma aparılır.
Şəbnəm Mehdizadə
