Nigeriyada silahlı hücumlar zamanı 17 nəfər həyatını itirib.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, silahlı dəstə üzvləri Kaduna əyalətinin Kauru bölgəsində 3 kəndə hücum edib. Hücumlar zamanı 17 nəfər həyatını itirib, 58 nəfər qaçırılıb.
Qeyd edək ki, Nigeriya son zamanlar silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşir.
Ölkədə adam oğurluğu ölümlə cəzalandırılsa da, fidyə müqabilində adam oğurluğu adi hala çevrilib.
Silahlı dəstələr ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və yüksək məbləğdə fidyə tələb edirlər.
Şəbnəm Mehdizadə
